G7-nin müdafiə nazirləri: Biz Ukraynanın NATO-ya dönməz yolunu dəstəkləyirik
G7-yə üzv ölkələrin müdafiə nazirlərinin sözlərinə görə, onlar Ukraynanın NATO-ya daxil olması da daxil olmaqla, Ukraynanın Avro-Atlantik inteqrasiyasının “dönməz yolu”nu dəstəkləyirlər.
Bu barədə onların İtaliyanın Neapol şəhərindəki görüşündən sonra dərc olunmuş bəyanatda deyilir.
G7-nin üzvləri bunlardır: ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliya.
Builki görüş İtaliyada keçirilib və G7 ölkələrinin müdafiə nazirləri ilə yanaşı, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, NATO-nun baş katibi Mark Rutte və Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak ediblər.