G7 Rusiyanı atəşkəslə razılaşmağa çağırır

“Böyük Yeddilik” üzvləri birgə bəyanat yayırlar, burada digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi və atəşkəs sazişi planı haqqında danışılır. 

G7 üzvləri Rusiyanı bərabər şərtlərlə atəşkəs planı ilə razılaşmağa və onu tam şəkildə həyata keçirməyə çağırır. Üzv ölkələr onu da qeyd edirlər ki, razılıq əldə olunmasa, Rusiyaya qarşı əlavə maliyyə tədbirləri, o cümlədən əlavə sanksiyalar nəzərdən keçiriləcək. 

Bundan əlavə, G7 üzvləri yazır ki, atəşkəs çərçivəsində məhbusların azad edilməsi və ukraynalı uşaqların Ukraynaya qaytarılması da daxil olmaqla etimadın möhkəmləndirilməsi tədbirləri zəruridir. 

“Onlar [G7 üzvləri] atəşkəs razılaşması əldə olunmazsa, Rusiyaya əlavə xərclər tətbiq etməyi, o cümlədən əlavə sanksiyalar, neftin qiymətinin yuxarı həddi, həmçinin Ukraynaya əlavə dəstək və digər tədbirləri nəzərdən keçiriblər. Buraya Rusiyanın suveren aktivlərindən əldə edilən fövqəladə gəlirlərin istifadəsi daxildir. G7 üzvləri atəşkəs tədbirləri çərçivəsində etimadın möhkəmləndirilməsini vurğuladılar. Bu, digər şeylərlə yanaşı, hərbi əsirlərin azad edilməsini, həm hərbi qulluqçuların, həm də vətəndaşların geri qaytarılmasını və ukraynalı uşaqların geri qaytarılmasını ehtiva edir.” – bəyanatda yazılıb.  

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ uyğurları Çinə deportasiya edən Tayland rəsmilərinə sanksiya tətbiq edib

Növbəti Məqalə

Tbilisinin Çavçavadze prospektində bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb

Oxşar Xəbərlər