GBP: İki gənc 17 il həbs cəzasına məhkum edildi

GBP: İki müttəhim qəsdən adam öldürmə ittihamı ilə 17 il həbs cəzasına məhkum edildi.

Prokurorluğun məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi 2024-cü il fevralın 11-də Ermənistan küçəsində baş vermiş qətlə görə iki müttəhimi 17-17 il müddətinə azadlıqdan məhrum edib. 

“Məhkəmə zamanı tədqiq edilən dəlillər sübut edib ki, 2024-cü il fevralın 11-də Tbilisidə keçmişdə yaranan fikir ayrılıqları ucbatından müttəhimlər qrup halında müxtəlif əşyalardan istifadə etməklə zərərçəkmişi döyüblər. Bundan sonra avtomobillə hərəkətdə olan təqsirləndirilən şəxslər onu görüblər. Ermənistan küçəsində zərərçəkmiş, bu zaman onlardan biri maşının sürətini azaldıb, ikincisi isə odlu silahdan atəş açıb və zərərçəkən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri elə həmin gün həbs ediblər. Onlar Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin „i” bəndi (qəsdən adam öldürmə, qrup şəklində törədildikdə), 126-cı maddənin birinci hissəsinin “b” bəndi (döymə, qrup şəklində törədildikdə) və 236-cı maddəsinin altıncı hissəsinin (Qütləvi şəkildə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə) “a” bəndləri ilə ittiham olunurlar” – prokurorluğun məlumatında deyilir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Danniqan: ABŞ-Gürcüstan münasibətləri istənilən siyasi seçimə tab gətirəcək

Növbəti Məqalə

Apellyasiya Məhkəməsi İqtidarın əmrini yerinə yetirir – iddialar

Oxşar Xəbərlər