“Cəbhədə döyüş sursatı və digər texnikanın cəbhə xəttinə çatdırılmasında çətinliklər var, ona görə də nəqliyyatda eşşəklərdən istifadə normal haldır.”
Bu fikri Qazeta.Ru-ya müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.
“İndi birlik və bölmələrin, o cümlədən hücum dəstələrinin və sairlərin döyüş sursatı, hərbi-texniki avadanlıq və ərzaqla təmin olunmasında çox böyük çətinliklər var. Cəbhə xəttinə döyüş sursatı və digər texnikanın çatdırılması üçün hansısa üsullardan, o cümlədən eşşək, at və s. istifadə normaldır.” – rus Generalı bildirib.