Genişmiqyaslı aksiyaya 2 saat qalmış – Tbilisi Mall yaxınlığında polis səfərbər olunub

Genişmiqyaslı aksiyaya 2 saat vaxt qalmasına baxmayaraq, artıq Tbilisi Mall yaxınlığında polis səfərbər edilib. “TV Pirveli” onların hansı səbəbdən orda yerləşdirildiyini öyrənməyə çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları sualı cavablandırmır.

“Mətbuat mərkəzinə müraciət edin”, – deyə polislər cavab verib.

Bu gün Tbilisi Mall-da elan edilən böyük toplantıya sayılı saatlar qalıb.  Gürcüstan vətəndaşları bu dəfə çətirlə küçələrə çıxır, çünki hələ “Gurcü arzusu” tərəfindən çətir qanuna zidd elan edilməyib.

Diğomidə etiraz aksiyası düz 16:00-da elan edilir. “Sona qədər!” – Siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi tələbi ilə görünməmiş repressiyalar fonunda keçiriləcək aksiya belə adlanır.

“Gurcü arzusu” hökumətinin Tbilisi küçələrində çoxlu videokameralar quraşdırmasına, dünən polisin bir neçə fəalın evində axtarış aparmasına baxmayaraq, vətəndaşlar evlərinə getmirlər və qeyri-legitim hökumətin onların səsini eşitməyə, həm də onların səsini boğmağa qadir olmadığını deyirlər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mən sizin yanınızdayam! – Prezident Zurabişvili Potidə

Növbəti Məqalə

Tramp Kanada və Meksikaya tariflər tətbiq edir

Oxşar Xəbərlər