Etirazın 71-ci günü – insanlar hələ də küçədə dayanır.
Rustaveli prospektinə toplaşanların tələbi hələ də eynidir – siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi.
Mitinqə gələn rəssam Qia Buğadze deyir ki, “geri çəkilsək, Gürcüstanı itirəcəyik”.
“Biz elə bir mərhələyə keçdik ki, artıq qorxu faktoru yoxdur, daha çox qorxurlar. Mən gəlirdim və yolda çoxlu polislərlə rastlaşdım. Gürcüləri qorxutmaq mümkün deyil, geri çəkilsək, bu o deməkdir ki, biz Gürcüstanı itirmişik, ona görə də qalib gələnə qədər sona qədər dayanacağıq”, – Qia Buğadze bildirib.