Seçkiqabağı dövrdə inzibati resursdan istifadə ilə bağlı yeni faktlar, dövlət qulluqçularına təzyiqlər, şəxsi məlumatların qanunsuz əldə edilməsi, seçicilərin iradəsinə təzyiq göstərmək cəhdləri və vəzifə səlahiyyətlərindən sui-istifadə, o cümlədən KİV-ə təzyiq faktları.
Neytral.ge xəbər verir ki, “Mənim səsim” monitorinq missiyası bu müddət ərzində aşkar edilmiş bütün qanun pozuntularını araşdırıb.
Bildirilir ki, dövlət məktəblərində şagirdlərdən valideynlərinin şəxsi məlumatlarının istənilməsi barədə məlumatlar var, monitorinq missiyası bununla bağlı Təhsil Nazirliyinə dərhal aydınlıq gətirməyə çağırır.
“Mənim səsim” iddia edir ki, buna bənzər hallar Mülki Məcəllənin bir neçə maddəsi ilə istintaqa başlamaq üçün əsasdır, baxmayaraq ki, aidiyyatı qurumlar indiyədək heç bir iş görməyib. Monitorinq missiyası Fərdi Məlumatların Mühafizəsi Xidmətinə, Prokurorluğa və Xüsusi İstintaq Xidmətinə müraciət edir və cavab tələb edir.
Bundan əlavə, “Mənim səsim” “Gürcü Arzusu”nun donorlarına diqqət çəkir və qeyd edir ki, bu yaxınlarda hakim partiyaya əlavə 592 min lari bağışlayan şirkət və şəxslər barəsində antikorrupsiya təhqiqatına başlanılmalıdır.