„Güclü Gürcüstan” koalisiyası Qaçağan kəndində sakinlərlə görüş keçirib

“Güclü Gürcüstan” koalisiyasının 26 oktyabr parlament seçkilərində deputatlığa namizədi Aqil Mustafayev, siyasətçi Əhməd İmamquliyev və digər yaxın dəstəkçiləri ilə birlikdə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Marneuli bələdiyyəsinin Qaçağan kəndində sakinlərlə görüş keçirib. Aqil Mustafayev vətəndaşları seçkidə fəal iştirak etməyə və öz namizədlərini sona qədər dəstəkləməyə çağırış edir. O, həmçinin kənddə olan problemlərin həlli üçün lazımı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

„Bu gün biz „Güclü Gürcüstan” koalisiyasının nümayəndələri olaraq Borçalı elinin ən böyük kəndlərindən biri olan Qaçağan kəndinə gəldik. Bu kənd qədim tarixə malikdir, Gürcüstanda bir çox azərbaycanlı ziyalı və görkəmli dahi şəxslər yetişdirib, ancaq təəssüflər olsun ki, kəndin Mədəniyyət Evi bu gün çox buraxılmış vəziyyətdədir. Bu böyüklükdə kəndin bir uşaq bağçası yoxdur, içməli su, yol və bir sıra problemlər illərdir həllini tapmayıb. Ancaq mən sizə söz verirəm ki, əgər 26 oktyabrda parlament seçkilərində qalib gəlsəm, kənd və rayonlarımızda sakinləri narahat edən problemlərin həlli üçün əlimdəm gələni edəcəyəm!” – Aqil Mustafayev bildirdi.

Daha ətraflı məlumatı video süjetimizdə izləyə bilərsiniz:

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İsrailin “Böyük İsrail” planı

Növbəti Məqalə

Prezident seçkilərdən əvvəl texniki hökuməti təqdim edəcək

Oxşar Xəbərlər