“Güclü Gürcüstan” koalisiyasının üzvləri Marneulidə sakinlərlə görüşüb

“Güclü Gürcüstan” koalisiyasının üzvləri seçkiqabağı kampaniya çərçivəsində Marneulidə əhali ilə görüşüb.

Neytral.ge xəbər verir ki, görüş Marneuli bələdiyyəsinin Əzizkənd kəndində keçirilib.

Görüşdə “Lelo”, “Ana Dolidze – Xalq Naminə”, “Azadlıq Meydanı”, “Aleko Elisaşvili – Vətəndaşlar” partiyasının liderləri iştirak ediblər.

Müxalifət koalisiyasının liderləri “Lelo” partiyasının Kvemo Kartli nümayəndəsi Aqil Mustafayevlə birlikdə yerli sakinlərin ehtiyaclarını dinləyib və partiyanın məqsədləri, prioritetləri barədə Marneuli və ətraf kəndlərin sakinlərini məlumatlandırıblar.

Koalisiya liderləri hakimiyyətə gəldikləri təqdirdə Avropaya inteqrasiya prosesininin sürətləndiriləcəyini, iş yerlərinin açılacağını, pensiyaların artırılacağını vəd edirlər.

„Marneulidə yaşayan bu zəhmətkeş insanlar daha yaxşı həyata layiqdirlər. “Güclü Gürcüstan” bu insanların layiqli işlə təmin olunması, layiqli maaş, 1000 lari təqaüd alması və əməyinin qiymətləndirilməsi üçün hər şeyi edəcək.

Başqa partiyalardan fərqli olaraq,
koalisiyanın məqsədləri və prioritetlərindən biri 200 min insan üçün iş yerlərinin açilması, reqionda milli azlıqlar üçün inteqrasiya məsələsinin daha effektiv həyatə keçirilməsi və əhalinin Gürcüstanın konstitusiyasına uyğun hüquqlarının qorunmasıdır”,- deyə Caparidze əməkdaşımızın suallarına cavab verib.

Ana Dolidze çıxışında Marneulinin zəngin bir reqion olduğünü vurğuladı.

„Gürcüstanın bütün reqionlarının dəyişikliklərə ehtiyacı var. Marneuli Gürcüstanın ən zəngin rayonlarından biridir. Buranın əhalisi çox qoçaq və zəhmətkeşdir, hakimiyyətin on illərdir xeyirsiz siyasətinə və vəziyyətlərinin daha ağır şəraitinə baxmayaraq, yerli sakinlər yenə də ölkəmizin inkişafı üçün əllərindən gələni edirlər. Ona görə də reqionun dəyişikliklərə ehtiyacı var” – deyə Ana Dolidze bildirdi.

Koalisiyanın proqramı və məqsədləri ilə bağlı daha ətraflı məlumatı xəbər verilişimizdə izləyə bilərsiniz.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Marneuli bazarinda silahlı insident baş verib.

Növbəti Məqalə

Fon der Leyen Ukraynaya: biz sizin yanınızda olacağıq

Oxşar Xəbərlər