“Gürcü Arzusu” ölkəni beynəlxalq təcrid vəziyyətinə salıb və bizi işğalçı Rusiya ilə üz-üzə qoyub, – “Birlik Milli Hərəkatının” lideri Tina Bokuçava Gürcüstanla strateji tərəfdaşlığı dayandıran ABŞ-ın qərarını belə qiymətləndirir. Siyasətçi bu qərardan sonra yarana biləcək təhlükələrdən danışır.
“ABŞ strateji münasibətlərin bitdiyini deyəndə bu, müdafiə sahəsində bütün yardım və əməkdaşlığı dayandırmaq, iqtisadi yardımı dayandırmaq, siyasi dialoqu dayandırmaq deməkdir. Bu, Gürcüstanı beynəlxalq təcrid vəziyyətinə salır. Rejim bizi yarım saat ərzində hakimiyyəti bu qərarına görə təbrik edən işğalçı Rusiya ilə qoyub getdi. Bizim üçün qalacaq yeganə strateji tərəfdaşlıq Çinlə olacaq ki, bu da əslində ölkəmizin müasir Qərb dövləti kimi yoxa çıxması deməkdir, – Bokuçava deyir.