„Gürcü arzusu” bu gün Kutaisidə görüş keçirir

„Niyə gəlir? O, xalq üçün nə edib?!” – Kutaisi şəhər sakinlərin İvanişviliyə cavabı.

“Gürcü arzusu” regional turunu davam edir. Bu gün Kutaisidə Bidzina İvanişvili üçün xüsusi hazırlanmış şüşə otaq quraşdırılacaq.  Oliqarx illər sonra ilk dəfə Kutaisi əhalisinə müraciət edir. 

Kutaisililər İvanişvilinin çıxışı ilə maraqlanmır, çünki insanlar qəzəblidirlər. 

„Niyə gəlir, nə istəyir, o, Kutaisiyə və ümumiyyətlə Gürcüstana nəsə edib? Onun utanc hissi yoxdur”. Yerli deyir ki, gürcü millətini Rusiya qarşısında diz çökməyə çağıranı, belə bir adam haqqında danışmaq lazım deyil. 

„Onun əsil və nəslinə lənət olsun, üzünə deyərdim, ruslardan, bizim qatillərdən üzr istəyir. Başqa nə deyəcək, növbəti bir yalan? – Kutaisi sakini deyir.

„Bidzina İvanişvili haqqında mənə heç nə demə, o xalq üçün nə edib? 20 lari pensiyanı artırıb?, – yerli sakin deyir.

Çox güman ki, bu gün də “Gürcü Arzusu” dövlət məmurlarını „qazon” doldurmağa səfərbər edəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Biz real görünməyən vədləri yaymağı lazım görmürük

Növbəti Məqalə

Seçicilərin şəxsiyyət vəsiqələrini kimlər nə üçün vətəndaşların əllərindən alırlar?

Oxşar Xəbərlər