Neytral.ge xəbər verir ki, „Gürcü Arzusu”nun deputatı Zaur Darğallı sosial şəbəkədə İş adamları və biznes sektorunun nümayəndələri ilə görüş haqqda paylaşım edib. Görüş Marneulidə „Yenə də böyüyəcəklər” abidəsinin məkanında baş tutub.
„Gurcü arzusu”nun seçkilər qabağı təbliğat-təşviqat çərçivəsində biznes sekorunun nümayəndələri ilə keçirilən görüşdə keçmiş parlament deputatı, VMH partiyasını bir çox illər ərzində təmsil edən Azər Süleymanovu görmək regionda bir mənalı qarşılanmayıb. Xalqın bir hissəsi iddia edir ki, Azər Süleymanov artıq bir neçə ildir ki, „Gurcü arzusu”nu aktiv şəkildə dəstəkləyir, o, biznesinə xələl gəlməsin deyə iqtidarın „tapşırıqlarını” yerinə yetirir.
Bəziləri isə iddia edirlər ki, keçmiş deputat parlamentdə oldugu vaxtlardan biznes ilə məşğul olub və partiyanı yalnız biznesi üçün istifadə edib, əslində onun marağı pul qazanmaq olub, partiyanın ideolojiyası onun üçün „vacib” deyildi, görüntü yaratmaqla özünə xall qazanırdı, indi isə iqtidarla razılığa gəlib və işinə davam edir.
Bir çoxları iddia edir ki, Azər Süleymanovun Zaur Darğallı ilə birgə biznesi mövcuddur, ona görə də keçmiş deputat İqtidarı dəstəkləyir. Əvəzində isə onun ailə üzvlərini Zaur Darğallının „rekomendasiyası” ilə dövlət işlərinə təyin ediblər. Məsəl kimi oğlu və qardaşını göstərmək kifayyətdir, oğlu Sloveniya səfirliyində 1-ci katib vəzifəsində, qardaşı isə Marneuli bələdiyyəsində işləyir.
Maraqlısı odur ki, „Gürcü Arzusu” bu ğorüşdə İş adamlarına nələri vəd etdi?
Müxalifət əmindir ki, bu görüş əslində biznes sektorunu seçkilərdə istifadə etmək xarakteri daşıyır, əvəzində isə iqtidardan onlara bir çox güzəştlər vəd edilib. Ancaq son vaxtlar regionda iş adamlarına qarşı edilən hücum və hədə-qorxu halları „Gürcü arzusu”nun verdiyi vədlərin vəd kimi qalacağının bir sübutu kimi qiymətləndirmək olar.