“Gürcü arzusu” rejimi tərəfdaşlar tərəfindən tanınmır – Bokuçava

“Birlik Milli Hərəkatının” liderlərindən biri Tina Bokuçava “Gürcü arzusu” nümayəndələrinin mühafizəkar siyasi aksiyanın illik konfransında iştirak etməməsini qiymətləndirir. 

Onun sözlərinə görə, “İvanişvili rejiminin nümayəndələri sözügedən konfransda iştirak edə bilmirlər, çünki Amerika Birləşmiş Ştatları rejimin tanınmaması siyasəti aparır”. 

Tina Bokuçava həmçinin ehtimal edir ki, hakim partiyanın üzvlərinə viza məhdudiyyəti qoyulmuş və sanksiyalara görə ştatların ərazisinə daxil ola bilməyirlər. 

“İvanişvili rejiminin nümayəndələrinin sözügedən konfransda iştirak edə bilməməsi rejimin tanınmaması siyasəti yürüdən Amerika Birləşmiş Ştatlarının siyasəti ilə bağlıdır. Buna əlavə olaraq, onların bir çoxunun sanksiyaya məruz qalması da əlavə olunur. Onlara qarşı viza məhdudiyyətləri qoyulub və ola bilsin ki, onların Amerika Birləşmiş Ştatlarının ərazisinə daxil olmasına fiziki məhdudiyyət qoyula bilər”, – Tina Bokuçava bildirib.

“Gürcü arzusu” sonsuz təcrid yolu ilə gedir – bu dəfə İvanişvilinin partiyası mühafizəkar siyasi fəaliyyətin illik konfransında iştirak etmir. Bu tədbir indi Vaşinqtonda keçirilir, baxmayaraq ki, eyni məzmunlu tədbir Budapeştdə keçiriləndə o vaxt “Gürcü Arzusu”nun liderləri fəxri qonaq kimi dəvət olunmuşdular. 

Bu gün “Gürcü Arzusu” liderləri Vaşinqtonda keçirilən hazırkı konfrans çərçivəsində çıxış edən Donald Trampı şəxsən dinləmək şansını növbəti dəfə itirib. Onun yanında milyarder İlon Mask da var.

Vaşinqton konfransında dünyanın müxtəlif ölkələrindən sağçı siyasətçilər, o cümlədən Slovakiyanın baş naziri Robert Fitso və Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss iştirak edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

HƏMAS əsirliyindən daha 6 girov günün sonuna qədər İsrailə qaytarılacaq

Növbəti Məqalə

Marneulidə “Xocalıya ədalət” adlı sərgi və anım tədbiri keçirilib (Video Xəbər)

Oxşar Xəbərlər