“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Lana Qaldava Salome Zurabişvilinin ABŞ-dakı strateji tərəfdaşları ilə görüşü ilə bağlı danışır.
Müxalif siyasətçi iddia edir ki, bir tərəfdə ABŞ-da təmsil olunan Gürcüstanın qanuni prezidenti, digər tərəfdə isə terror təşkilatlarına dəstək verən “Gürcü Arzusu” var.
“Yeganə legitim siyasi xadim olan Gürcüstan prezidenti ABŞ-da təmsil olunur və andiçmə mərasimində iştirak edəcək. Biz, “Güclü Gürcüstan”ın liderləri Mamuka Xazaradze, Badri Caparidze, Qriqol Qeqeliya da konqresmenlərin dəvəti ilə bu tədbirdə iştirak edirik. Burada aydın görünür ki, gürcü xalqı öz tərəfdaşlarını, qərbyönlü, xalqa xidmət edən siyasətçiləri seçir. Digər tərəfdə isə terror təşkilatları və avtoritar rejimlərlə yanaşı dayanan “Gürcü arzusu”nun kiçik təmsilçisi var. Nəticə çıxarmaq asandır” – Lana Qaldava bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün ABŞ-a gəlib. Salome Zurabişvili artıq İİR nümayəndələri və Beynəlxalq Respublikaçılar İnstitutunun Avrasiya şöbəsinin direktoru ilə auditoriya keçirib.
O, həmçinin Kiçik Donald Tramp, ABŞ-ın gələcək dövlət katibi Marko Rubio və gələcək katib Pit Heqsetlə də görüşüb.