„Gürcü arzusu” bizdən əxlaqsız banerlərin yayımlamağıni xahiş edir, biz isə imtina edirik – 3 televiziyanın bəyanatı.
Televiziya Şirkəti Pirveli TV, Formula və Mtavari kanalı bəyanat yayaraq yazırlar ki, “Gürcü arzusu öz siyasi kampaniyası üçün Ukrayna xalqının faciəsi haqqında fərziyyələr yürütməkdə davam edir və indi telekanallardan nümayiş etdirdiyi əxlaqsız bannerlərin yayımlanmasını tələb edir”.
“İvanişviliyə məxsus hökumət bizi dilemma qarşısında qoyur – ya yuxarıda qeyd etdiyimiz video çarxlara efir veririk, ya da bizi külli miqdarda cərimə gözləyir, bu isə kanalların lisenziyasının dayandırılması təhlükəsi ilə nəticələnir.
Hakimiyyət tərəfindən qoyulan sonsuz cərimələr tənqidi kanallar üçün ağır yük olsa da, biz hələ də dolayı yolla da olsa, Rusiyanın “Gürcü arzusu” təbliğatına və Ukrayna xalqını ələ salmasına dəstək vermək fikrində deyilik. Biz Aİ səfirinin bunun “qeyri-adi, rüsvayçı və dəhşətli” kampaniya olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük və buna görə də bu reklamları yayımlamaqdan imtina edirik.
“Biz beynəlxalq ictimaiyyətə, Qərbin diplomatik nümayəndəliklərinə, vətəndaş təşkilatlarına və ictimai müdafiəçilərə müraciət edərək, “Gürcü arzusu”nun aksiyasına adekvat reaksiya verməyə və bu prinsipial məsələdə tənqidi kanallara, bizə dəstək olmağa çağırırıq”, – bəyanatda deyilir.