“Gürcübarzusu”nun baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə gedib.
Xəbər verdiyimiz kimi, səfər çərçivəsində o, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə görüşlər keçirəcək.
Bundan əlavə, məlumatlara görə, Abu Dabi Dövlət İnvestisiya Şirkəti və onun logistika qolu olan Abu Dabi Ports Group ilə görüş planlaşdırılır.
“Gürcü arzusu”nun baş naziri digər partiya üzvləri, o cümlədən – iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə birlikdə Abu Dabiyə səfər edib. Səfərdə həmçinin Tbilisi meri Kaxa Kaladze, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak edir.