“Gürcü arzusu”nun günahıdır – Herbest

Bu, “Gürcü arzusu”nun böyük günahları ilə müqayisədə çox kiçik günahdır – Herbest Kobaxidzeyə dəvətin ləğvi ilə bağlı

“Atlantik Şura”nın üzvü Con Herbest “Amerikanın səsi”nə müsahibəsində bildirir ki, Bayden, onun administrasiyası və Konqres İvanişvili hökumətinin avtoritar addımlar atması ilə razılaşır.

Eyni zamanda, Qərb diplomatı İrakli Kobaxidzenin ləğv edilmiş dəvətindən də danışır və deyir ki, bu, İrakli Kobaxidzenin üzv olduğu hökumətin böyük günahları ilə müqayisədə çox kiçik günahdır.

„Bayden, Bayden administrasiyası, Konqres – hamısı birlikdə hesab edir ki, “Gürcü arzusu” getdikcə daha aqressiv avtoritar siyasət yürüdür. Kobaxidze “Gürcü arzusu”nun avtoritar addımlarını tanımaq istəmir, hansını ki, gürcü xalqı bəyənmir. Deyirlər ki, bəy ancaq layiq olanı təhqir edir. Bu, təhqir kimi qəbul edilə bilər və mən bunu başa düşürəm. Amma demək olar ki, Kobaxidzenin üzv olduğu və gürcü xalqının demokratik hüquqlarını pozan siyasətdə fəal iştirak etdiyi hakimiyyətin böyük günahları ilə müqayisədə bu, çox kiçik günahdır”, – Con Herbest deyir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qori şəhərinin meri istefa verib

Növbəti Məqalə

Atışma nəticəsində 17 nəfər həlak olub

Oxşar Xəbərlər