“Gürcü arzusu”nun qəddar zorakılığı qəbuledilməzdir – Tsahkna

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna polisin dinc aksiya iştirakçılarına qarşı zorakılığını pisləyir. 

Marqus Tsahkna sosial şəbəkədə yazır ki, fevralın 2-də baş verən hadisələr “Gürcü arzusu”nun tənqidi medianı və tənqidi vətəndaşları məhv etmək cəhdlərinin daha bir nümunəsidir. 

‘Gürcüstanın hakim partiyasının son günlər güclənən amansız zorakılığı qəbuledilməzdir.  Bu, “Gürcü Arzusu”nun müstəqil jurnalistikanı və demokratik müxalifəti məhv etmək, insanları vəhşicəsinə sıxışdırmaq səylərinin daha bir nümunəsidir”, – deyə Marqus Tsahkna yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Caparidze: Bu qanunvericilik dəyişikliklərinin məqsədi etirazı yatırtmaqdır, amma keçməyəcək!

Növbəti Məqalə

Mitinq iştirakçılarına ov – 16 yaşlı oğlan dəhşətli əhvalat danışır

Oxşar Xəbərlər