“Mtavari”, “TV Pirveli” və “Formula” telekanallarına “Gürcü arzusu”nun müharibə ilə bağlı reklamının yayımlanmamasına görə protokol tərtib edilib.
Gürcüstanın Rabitə Komissiyası müharibə ilə bağlı “Gürcü arzusu”nun seçkiqabağı reklamını yayımlamaqdan imtina edən üç telekanala (“Mtavar”, “Formula”, “TV Pirveli”) inzibati xəta haqqında protokol imzalayıb. Cərimələrlə bağlı yekun qərarı Tbilisi Şəhər Məhkəməsi verir.
Telekanal nümayəndələri hesab edirdilər ki, hakim partiyanın reklamında müharibə təbliğatı var, seçicilərdə qorxu yaradır və bununla da onların dəstəyini qazanmağa çalışır.
Bir neçə gündür küçələrdə hakim partiyanın seçki plakatları peyda olub, onların sol tərəfində Ukraynanın bombalanmış şəhərləri, o biri tərəfdə isə Gürcüstandan müharibə və sülhü əks etdirən fotolar var. Hakim partiya televiziyalara da eyni məzmunlu video reklamlar gətirib.