Kobaxidzenin səhhətində yaranan problemlərə görə seçki proqramının təqdimatı təxirə salınıb – Gürcü arzusu
“Gürcü arzusu”nun məlumatına görə, oktyabrın 1-nə nəzərdə tutulan seçki proqramının təqdimatı İrakli Kobaxidzenin səhhətində yaranan problemlərə görə təxirə salınıb.
“Gürcü Arzusu”nun seçki qərargahının rəhbərinin səhhəti ilə əlaqədar oktyabrın 1-nə planlaşdırılan seçki proqramının təqdimatı bir neçə günə təxirə salınıb. Proqramın təqdimatı gələn həftənin əvvəlində baş tutacaq. Hakim partiyanın mətbuat xidməti yaxın günlərdə tarixlə bağlı ətraflı məlumat verəcək”. – “Gürcü arzusu”nda dedilər.
Məlumar üçün bildiririk ki, 31 Avqustda Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, “Gürcü arzusu” oktyabrın 1-də yeni seçki proqramını təqdim edəcək.