“Gürcü Arzusu”nun xeyrinə seçkilərə Rusiyadan əlavə kim müdaxilə etdi – İran və Azərbaycan

Seçkilərə müdaxilə edən – Bidzina İvanişvilinin komandası bu dəfə Amerikadan ifşa olundu. MDİ-nin keçmiş rəhbəri deyir ki, 2024-cü il parlament seçkilərinə Rusiyadan başqa İran və Azərbaycan da “Gürcü arzusu”nun xeyrinə müdaxilə edib.

Lora Tornton əmindir ki, Kobaxidzenin seçkiqabağı Tehrana səfəri təsadüfi olmayıb. 

Torntonun sözlərinə görə, İran illərdir Gürcüstanda müxtəlif qurumları maliyyələşdirir və “Gürcü Arzusu”nun İran rejimi ilə sıx əməkdaşlıq etməsi təsadüfi deyil.

“Kobaxidzenin Tehran səfərindən xəbərimiz var idi… İranın Gürcüstanda etnik azərbaycanlıların yaşadığı bölgəsində təsiri bir müddətdir ki, mövcuddur. Mən bu haqda bilirdim – bilirdim ki, onlar [İran hakimiyyəti] İranda təhsil alan İslam tədqiqat mərkəzlərinə, məscidlərə və iş adamlarına dəstək verirlər… Mənim bilmədiyim və dekabrda orada olarkən öyrəndiyim odur ki, orada həm də İrandan “Gürcü arzusu” kampaniyasının dəstəklənməsində fəal iştirak edirdi.

Onlar “Gürcü arzusu” kampaniyasının mesajlarını uyğunlaşdırmaq üçün pul yatırırdılar. İranlılar namizədlərin yanında olmasalar da, “Gürcü arzusu” ilə eyni rəvayətləri və mesajları gücləndirib və yerli ictimaiyyətə “Gürcü arzusu”nu dəstəkləmək üçün təzyiq ediblər.” – Lora Tornton deyib.

Lora Tornton Azərbaycan hökumətinin seçki prosesinə müdaxiləsindən də danışıb:

“Azərbaycanın siyasi liderləri, o cümlədən media xadimləri, sözün tam mənasında, səhnədə “Gürcü arzusu”nun namizədləri ilə çiyin-çiyinə dayandılar… Biz Rusiyanın müdaxiləsinə diqqət yetirdik, lakin “Gürcü arzusu” digər oyunçulardan da yaxşı dəstək aldı.”, – deyə Makkeyn İnstitutunun nümayəndəsi bildirib.

Tornton hesab edir ki, İvanişvilini və “Gürcü Arzusu”nun digər liderlərinə qarşı sanksiyalari təsdiq etməklə böyük irəliləyiş əldə olunub, lakin o, qeyri-legitim hökumət kimi “Gürcü Arzusu”na təzyiqlərin davam etməli olduğunu düşünür.

“Düşünürəm ki, biz İvanişvilini sanksiya etməklə, konkret liderlərə qarşı viza sanksiyaları tətbiq etməklə böyük irəliləyiş əldə etmişik, lakin qeyri-legitim hökumət kimi “Gurcu arzusu”na təzyiq göstərməyə davam etməliyik. Biz bunları etiraf etməməliyik, seçkilərin saxtalaşdırıldığını açıq-aydın söyləməliyik. Eyni zamanda biz vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməyə davam etməliyik, çünki onların böyük əhəmiyyəti var.” – Tornton əlavə edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Amerikanın sanksiyaları fonunda Kobaxidze Çinlə münasibətləri dərinləşdirir

Növbəti Məqalə

Gənclər məhv edilir – Temur Çxoniya vicdan məhbuslarına dəstək aksiyasına gəldi

Oxşar Xəbərlər