Gürcüstan prezidenti Salome Zurabişvili öz X səhifəsində 19 noyabr mitinqinin iştirakçılarına basqın və həbs faktlarına cavab verib. Onun sözlərinə görə, gürcü fəallara qarşı cəza tədbirləri həyata keçirilir.
“Gənc gürcü fəallarına qarşı cəza tədbirləri davam edir: polisin onları döyməsi, həbsləri və 7 ilə qədər həbslə hədələnməsi.
Bu qız beş polisə hücum etməkdə günahlandırılır!!!” – Zurabişvili X səhifəsində yazır və mitinqin iştirakçılarından olan Lizi Tirkiyanın şəklini dərc edir. Lizi Tirkia bir neçə saat əvvəl sosial şəbəkəsində yazıb ki, ona Xüsusi İstintaq Xidmətindən zəng edib bildiriblər ki, o, mitinqdə olub, 5 polisə hücum edib, sonra isə qaçıb və gizlənib.
Məlumat üçün bildiririk ki, 2003-cü il təvəllüdlü Mate Devidze hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən polislərə hücum etməkdə ittiham edilərək həbs edilib. Onu 7 ilə qədər həbs gözləyir.