Gürcüstan əhalisinin 70%-i Avropani seçir – Zurabişvili
“Bu faktın sübutu odur ki, Gürcüstan əhalisinin 70%-i bütün sorğularda Avropa yolunu və Avropaya inteqrasiyanı seçir və dəstəkləyir, lakin birdən-birə hər şey bir seçkidə tərsinə çevrildi – insanlar buna hazırdırlar və Avropa yolu üçün küçələrə çıxırpar.
Seçkilərdə hər şeydən – müxtəlif saxtakarlıqlardan, saxtalaşdırmanın bütün vasitələrindən və yollarından, xüsusən də yeni elektron səsvermə formatından istifadə olunub, bunun əsasında vətəndaşlardan müsadirə olunmuş şəxsiyyət vəsiqələrindən 7 dəfə, 10 dəfə və 17 dəfə istifadə etdikləri sübuta yetirilib.
Bütün sübutlar var və toplanıb.
İndi baş verənlər baş vermiş sistem pozuntuları prosesini göstərir”, – prezident Salome Zurabişvili CNN telekanalına müsahibəsində bildirib.