Gürcüstan antidemokratik hərəkətləri ilə Qərbdən uzaqlaşır – Miller

Gürcüstan antidemokratik hərəkətləri ilə elan edilmiş Avro-Atlantik inteqrasiya arzusundan və xalqın aydın iradəsindən uzaqlaşır – Metyu Miller

Neytral.ge xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatına görə, Gürcüstan antidemokratik hərəkətləri ilə, eləcə də həssas qruplara təzyiq göstərməklə bəyan etdiyi Avro-Atlantik inteqrasiya arzusundan və insanların aydın iradəsindən uzaqlaşır.

Jurnalist Aleks Raufoğlu ona bu sualı verib: “Gürcüstanla bağlı biz dəfələrlə Rusiya qanunlarından danışmışıq, amma daha bir qanunvericilik təşəbbüsü var, Moskva qanunvericiliyinin surəti, “Ailə dəyərləri qanunu” adlanır. Biz artıq gördük ki, qəbul edilib və real nəticələr var. İki gün əvvəl transseksual qadın ölü tapılıb. Buna reaksiyanız necədir?’

Buna Miller aşağıdakı kimi cavab verdi:

„Bildiyimə görə, qanun hələ tam icra olunmayıb və onun yekun statusu ilə bağlı suallar var – qanuna çevriləcək, ya yox. Amma aylardır dediyimiz kimi, antidemokratik hərəkətləri ilə, eləcə də həssas və marginal qruplara təzyiq göstərməklə Gürcüstan elan olunmuş Avroatlantik inteqrasiya arzusundan və xalqın aydın iradəsindən uzaqlaşır. Bu qanun da bu tendensiyanın davamıdır”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Xazaradze: Qaxariya razılaşmadan imtina etdi

Növbəti Məqalə

Sentyabrın 26-da Ağ Evdə ABŞ prezidenti Vladimir Zelenski ilə görüşəcək

Oxşar Xəbərlər