Tbilisi meriyasından verilən məlumata görə, Gürcüstan-Çexiya oyunu ilə əlaqədar noyabrın 18-i saat 17:00-dan noyabrın 20-i saat 14:00-dək Rustaveli prospekti ilə Respublika meydanının kəsişməsindən Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtobusların bəziləri noyabrın 20-də gecə saat 02:00-a qədər, Tbilisi metrosu da gec saatlara qədər işləyəcək.
UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti görüşü noyabrın 19-da, Çexiyanın Olomouts şəhərində, Tbilisi vaxtı ilə saat 23:45-də keçiriləcək.
“Respublika meydanında azarkeşlərin oyunu izləmək və Gürcüstan millisini dəstəkləmək üçün ekranlar quraşdırılacaq”. – bu barədə hökumətin iclasında paytaxtın meri Kaxa Kaladze danışıb.