Gürcüstan prezidenti almaniyalı həmkarı ilə görüşüb

Ştaynmayer Gürcüstanda avropapərəstlərin qalib gələcəyinə ümid etdiyini bildirib – administrasiya

Gürcüstan prezidenti almaniyalı həmkarı ilə görüşüb. Administrasiyanın məlumatına görə, Salome Zurabişvili Frank-Valter Ştaynmayerlə “Rusiyadan ilhamlanan ölkədə yaradılmış seçkiqabağı mühit, eləcə də seçkilərdə iştirak etmək üçün süni maneələrlə üzləşən gürcü diasporu” barədə danışıb.

“Prezident ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına problemlər yaradılması, bu isə onların müşahidə missiyalarını yerinə yetirmələrinin qarşısının alınması məsələsindən də danışıb. 

Gürcüstan Prezidenti Almaniya Prezidentinə gürcü əhalisinin əhval-ruhiyyəsinin yüksək olduğunu bir daha təsdiqlədi və bildirdi ki, Gürcüstan əhalisi tamamilə avropapərəstdir və gürcü xalqının xarici oriyentasiyası avropalı olub, var və olacaq.

Almaniya prezidenti öz növbəsində qeyd edib ki, o, Gürcüstan prezidentinin təşəbbüsünü, Gürcüstan Xartiyasını alqışlayır və Gürcüstanda Avropayönlü qüvvələrin qalib gələcəyinə ümid etdiyini bildirib. Ştaynmayer gürcü xalqına və onun Avropanın gələcəyi üçün mübarizəsinə tam dəstəyini ifadə edib”, – deyə məlumatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

2025-ci ildə kimlərin əmək haqqları artacaq? – Siyahı

Növbəti Məqalə

“Gürcü Arzusu”nun seçki proqramının təqdimatı təxirə salınıb

Oxşar Xəbərlər