Politico: Demokratik geriləmə səbəbindən Aİ gürcülər üçün vizasız gediş-gəlişi dayandıra bilər
POLITICO-nun məlumatına görə, Avropa İttifaqı Gürcüstan vətəndaşlarının bloka üzv dövlətlərdə sərbəst hərəkət etməsinə imkan verən müqavilələri ləğv etməyə hazırdır. Nəşrin yazdığı kimi, bu, Brüssellə bir vaxtlar ən perspektivli üzvlük ölkəsi arasında münasibətlərin pozulmasının vacib hissəsi olacaq.
Neytral.ge xəbər verir ki, bu gün, sentyabrın 19-da POLITICO-ya danışan Avropa Komissiyasının sözçüsü bildirib ki, “Gürcü arzusu” hökumətinin avtoritarizmə doğru addımı davam edərsə, “vizanın liberallaşdırılması sxeminin potensial müvəqqəti dayandırılması da daxil olmaqla, bütün variantlar nəzərdən keçiriləcək”.
“Aİ-Gürcüstan arasında viza rejiminin liberallaşdırılması dialoqu və müvafiq fəaliyyət planı çərçivəsində Gürcüstandan fundamental hüquqların müdafiəsinin təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması daxil olmaqla, konkret meyarları yerinə yetirməsi tələb olunurdu.
Qiymətləndirmə, əlbəttə ki, Şengen zonasının daxili təhlükəsizliyini təhdid edən hadisələr, həmçinin Gürcüstanda demokratikliyin daha da tənəzzülə uğraması halında aparılacaq”, – o, nəşrə bildirib.