Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb

Rusiya işğalçı qüvvələri Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb.

Rusiya işğalçı qüvvələri işğal altında olan Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Qanunsuz saxlanma barədə məlumat daxil olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. “Qeyri-qanuni həbs edilmiş Gürcüstan vətəndaşının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, – DTX yazır.

DTX-nın məlumatına görə, Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün qanunsuz hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukrayna qalib gələnə qədər, onu dəstəkləyəcəyik – Bayden

Növbəti Məqalə

Kobaxidze ilə görüşdən imtina edilib

Oxşar Xəbərlər