28 yaşlı Gürcüstan vətəndaşı Bremendə qətl törətməkdə ittiham edilərək həbs edilib.
Almaniya mətbuatının yazdığına görə, Almaniyanın Bremen şəhərində Gürcüstan vətəndaşı qətl törətməkdə ittiham edilərək həbs edilib. Təqsirləndirilən şəxs 28 yaşlı kişidir.
Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkənin yaxın çevrəsindən olub.
Bild nəşrinin məlumatına görə, 2024-cü ilin sentyabrında Bremendə 40 yaşlı kişi öldürülüb. Hazırda qətli törətməkdə təqsirləndirilən şəxs polis tərəfindən saxlanılıb.