2024-cü ilin birinci yarısında Gürcüstanda 52 nəfər itkin düşüb, 27 nəfər sâğ, o cümlədən 4 ölü tapılıb
Neytral.ge xəbər verir ki, 2024-cü ilin birinci yarısında Gürcüstanda 52 nəfər itkin düşüb, onlardan 27 nəfəri sağ, 4-ü isə ölü tapılıb.
2024-cü ilin birinci yarısında Gürcüstanda 52 nəfər itkin düşüb, onlardan 27-si tapılıb, o cümlədən 4 ölü, 25 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Ən çox insan Tbilisi (19) və Sameqrelo-Zemo Svanetidə (10) itib.
2024-cü ildə itkin düşənlərin əksəriyyəti 25-45 yaş qrupundadır (21 nəfər itkin düşüb, 12 nəfər tapılıb, 1 nəfər ölü tapılıb). Yetkinlik yaşına çatmayanların statistikasına gəlincə, yanvar-iyun aylarında 18 yaşına çatmamış 7 nəfər itkin düşüb, onlardan 4-ü tapılıb.
Son 50 ildə itkin düşənlərin 66 faizi kişi, 34 faizi qadındır. 1973-cü ildən indiyədək 1020 nəfər axtarışa verilib.