Gürcüstanda “Ahılların hüquqları haqqında” qanun qüvvəyə minəcək

Gürcüstanda “Ahılların hüquqları haqqında” qanun qüvvəyə minəcək.

Neytral.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü il payız sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub.

Planda qeyd edilir ki, yeni qanun ölkədə vətəndaşlar üçün əlavə hüquqi təminatlar yaradacaq.

Gürcüstanın “Ahılların hüquqları haqqında” qanununun qəbulu ahılların hüquqlarının səmərəli həyata keçirilməsini təmin edəcək və onlara əlavə hüquqi təminatlar yaradacaq. Vahid qanunvericilik bazasının mövcudluğu müvafiq yanaşmalar əsasında ahılların hüquqlarının müdafiəsinə dəstək verəcək və onlar üçün müvafiq proqram və xidmətlərin həyata keçirilməsini təmin edəcək”, – hökumətin fəaliyyət planında qeyd olunur.

Qanunun nəyi nəzərdə tutduğu barədə daha ətraflı məlumat hökumətin hazırladığı qanun layihəsi ictimaiyyətə açıqlandıqdan sonra məlum olacaq.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Putindən başqa heç kim müharibə istəmir – Volker

Növbəti Məqalə

Tbilisi-Batumi qatarının törətdiyi qəza nəticəsində 2 nəfər dünyasını dəyişdi

Oxşar Xəbərlər