Luazo: Mən və 6 həmkarım Gürcüstandakı seçkilər zamanı saxtakarlıq və hədə-qorxu gördük
Fransa parlamentinin deputatı Natali Luazo Avropa Parlamentinin plenar iclasında Gürcüstanda qeyri-demokratik seçkilərin keçirilməsi məsələsini gündəmə gətirməyə və məsələ ilə bağlı qətnamə qəbul etməyə çağırıb.
Luazonun sözlərinə görə, o, 6 həmkarı ilə birgə Gürcüstanda keçirilən parlament seçkilərində müşahidə missiyasında olub və orada saxtakarlıq və hədə-qorxu ilə üzləşib.
“Mən 6 həmkarımla Gürcüstanda seçki müşahidə missiyasında idim, biz saxtakarlıq və hədə-qorxu ilə qarşılaşdıq. Ona görə də [Avropa] Parlamentində bu mövzuda müzakirə aparmaq istərdim. İndi Gürcüstanda etirazlar keçirilir. İnsanlar Avropa və Gürcüstan bayraqları ilə küçələrə çıxaraq Avropa İttifaqından çox şey gözləyirlər.
Təəssüf ki, Avropa Şurası bu məsələni müzakirə etməyə vaxt tapmadı. Biz Avropa demokratiyası evindəyik və Gürcüstanda baş verən hadisələrlə bağlı nəinki müzakirələrə vaxt tapmalı, həm də bu məsələ ilə bağlı rəsmi qətnamə qəbul etməliyik. Ona görə də mən sizi nəhayət ki, bu məsələni növbəti sessiyanın gündəliyinə salmağa çağırıram”.
Luazo-nun qətnamə qəbul etmək təklifi Avropa Parlamenti tərəfindən dəstəkləndi, bundan sonra Avropa İttifaqının qanunverici orqanının prezidenti Roberta Mezzola Gürcüstanda demokratik böhranın pisləşməsi ilə bağlı müzakirələrin parlamentin növbəti sessiyasında keçiriləcəyini və müvafiq qərar qəbul ediləcəyini bildirdi.