Gürcüstanda Prezident seçkiləri keçirilib

Seçkilər ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.

Seçkilərdə idarə heyətinin 170 üzvü iştirak edib.

Prezident seçkilərində yeganə namizəd hakim “Gürcü Arzusu” Partiyası tərəfindən irəli sürülən, ali təhsili olmayan keçmiş futbolçu Mixail Kavelaşvilidir.

Müxalifət parlamentin işində iştirak etmir və öz namizədlərini irəli sürməyib.

Etirazçılar Mixail Kavelaşvilinin Prezident seçilməsinə narazılıq əlaməti olaraq Parlament binası yaxınlığında etiraz aksiyası keçiriblər.

Onlar əraziyə diplomlarla gəliblər.

Bununla da prezidentliyə yeganə namizədin ali təhsili olmamasına belə narazılıq nümayiş etdiriblər.

Bəzi etirazçılar özləri ilə futbol topları gətiriblər və Kavelaşvilini çölə çıxaraq, onlarla futbol oynamağa çağırıblar.

Bildiriblər ki, onlar necə futbolçudursa, Kavelaşvili də elə prezidentdir.

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, bugünkü seçkilər demokratiyaya təhqirdir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qomelauri agentliyinin əməkdaşları aksiya zamanı odlu silahlarla hərəkət edirlər

Növbəti Məqalə

İlham Əliyev Mixail Kavelaşvilini Gürcüstanın (ilk diplomsuz) prezidenti seçilməsi münasibətilə təbrik edib

Oxşar Xəbərlər