Amerikalı diplomat və Atlantik Şurasının baş elmi işçisi Daniel Frid Gürcüstanda repressiyaların arxasında Rusiyanın dayandığını bildirib və ABŞ prezidenti Co Bayden administrasiyasını son aydan istifadə edərək ABŞ maraqlarının xeyrinə hərəkət etməyə çağırıb.
Frid bu barədə X-də yazır. –
“Rusiyanın arxasında olduğu Gürcüstandakı repressiyalar Kremlin öz imperiyasını bərpa etmək, ABŞ və dostlarını zəiflətmək səylərinin bir hissəsidir. Bayden administrasiyası öz variantlarını çoxdan hazırlayıb. Son bir ayda o, ABŞ-ın maraqlar və dəyərlərini irəli aparmaq üçün hərəkətə keçməlidir.” – Frid yazır.