“Gürcüstanda siyasi zorakılıq yeni səviyyəyə çatıb” – Çexiya Xarici İşlər Nazirliyi sosial şəbəkədə “Gürcüstan Naminə” partiyasının lideri, keçmiş baş nazir Qiorqi Qaxariyaya hücuma istinad edərək bildirib.
“Gürcüstanın keçmiş baş naziri Qiorqi Qaxariyaya qarşı vəhşicəsinə hücum bizi şoka salıb. Gürcüstanda siyasi zorakılıq yeni səviyyəyə çatıb. Biz Gürcüstan hakimiyyətini bu işi araşdırmağa və siyasi və vətəndaş müxalifətinə qarşı növbəti zorakılığın qarşısını almağa çağırırıq.” – bəyanatda deyilir.