Gürcüstanın 199 109 yetkin vətəndaşının heç bir sənədi yoxdur – Ədliyyə Nazirliyinin Xidmətin İnkişafı Agentliyi bildirib.
“Birlik – Milli Hərəkat”ın liderlərindən biri Tina Bokuçavanın sualına cavab olaraq Ədliyyə Nazirliyinin Xidmətin İnkişafı Agentliyi bildirib ki, 30 sentyabr 2024-cü il tarixinə Gürcüstanın 199 109 yetkin vətəndaşının Gürcüstan vətəndaşı pasport, elektron şəxsiyyət vəsiqəsi və ya qeyri-elektron şəxsiyyət vəsiqəsi yoxudur.