Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib

Gürcüstan hökuməti Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni vəzifəsindən azad edib.

Neytral.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, müvafiq fərmanla hökumət Zurab Pataradzenin 2025-ci il yanvarın 1-dən tutduğu vəzifədən azad edilməsi təklifi ilə Gürcüstan prezidentinə müraciət edir.

Məlumat üçün bildirək ki, Zurab Pataradze 2018-ci il avqustun 29-dan Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Konstitusiya Məhkəməsi xarici agentlər haqqında qanunla bağlı iddiaya baxacaq

Növbəti Məqalə

Xazaradze: Artıq neçənci dəfədir ki, mətni oxuya bilməyən qorxmuş Bidzinanı görürük.

Oxşar Xəbərlər