Pis hava şəraiti Gürcüstanın bir sıra regionlarında fəlakətə səbəb olub
Neytral.ge xəbər verir ki, Axmeta bələdiyyəsinin bir neçə kəndində güclü külək 20-yə yaxın evi damsız qoyub, ağacları kökündən çıxarıb. Yağış nəticəsində həyətyanı sahələri su basıb, təsərrüfat sahələrinə ziyan dəyib. Həmçinin, elektrik verilişi xətləri sıradan çıxıb, buna görə də əhalinin bir hissəsi elektrik enerjisindən məhrum olub. Bundan əlavə, əhalinin bir hissəsinin məhsulları məhv edilib.
Sameqreloda da fəlakət baş verib. Zuqdididə pis hava şəraiti ağacları kökündən çıxarıb, avtomobillərə ziyan vurub. Təbii qaz borularına və elektrik xətlərinə də ziyan dəyib.
Kaxeti və Sameqrelo ilə yanaşı, Mtsxeta-Mtianeti və Acarıstanda da fəlakət baş verib.