Gürcüstanın hökümətyönlü mediaları öz saxtakarlıqlari ilə Azərbaycanı qəzəbləndiriblər

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Gürcüstanın dövlət mediasını mədəni irs üzərində müəllif hüquqlarını pozmaqda ittiham edir.

Azərbaycan mətbuatının yazdığına görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinə – Sakpatenti-yə 21 oktyabr 2024-cü il tarixində məktubla müraciət edib və bu il cavab və məsələnin ətraflı və məqsədəuyğun şəkildə tədbirlər görüləcəyi və araşdırılacağına dair söz alıb.

Azərbaycan mətbuatının məlumatına görə, şikayət 2023-2024-cü illərdə Birinci Kanal, İmedi və Rustavi 2-də yayımlanan verilişlərə aiddir. O cümlədən, 3 noyabr 2023-cü il tarixində Birinci Kanalda “Natalya və Datuna” verilişində melodiyasını Azərbaycanın xalq artisti Aftandil İsrafilovun yazıb ifa etdiyi “Baskalı” rəqsi “Erməni Şalaxosu” adı ilə təqdim olunub. 14 sentyabr 2024-cü il tarixində İmedi Teleşirkətində “Biz Şouda” verilişində Dodona Namoradzenin ifasında Azərbaycan rəqsinə (musiqi) yazılmış “Baskalı” mahnısı “Erməni Şalaxosu” adı altında yenidən təqdim olundu. 24 may 2024-cü il tarixində Rustavi 2-də “Paata və Nikanın şousu” verilişində Azərbaycan xalq mahnısı “Bu qala, daşlı qala” gürcü “Sevməyə söz verirəm” versiyası, lakin onun Azərbaycan mahnısi olduğu qeyd olunmayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Yeni Teatr”dan Andro Çiçinadze və Mzia Amaqlobelinin tərəfdarlarının yürüşü başlayıb

Növbəti Məqalə

Batumidə kişi meyiti tapılıb

Oxşar Xəbərlər