Gürcüstanın Milli Bankının savadsız prezidenti var – Datunaşvili

Gürcüstanın Milli Bankının savadsız prezidenti var, – “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Tamaz Datunaşvili Natia Turnavanın son fəaliyyətini belə qiymətləndirir. Müxalifət üzvünün sözlərinə görə, son bir ayda Milli Bank rekord məbləğdə intervensiya həyata keçirib ki, bu da Covid pandemiyası zamanı belə baş verməyib.

Datunaşvili deyir ki, bunun əsl səbəbi seçkilərə qədər nəyin bahasına olursa-olsun larinin məzənnəsini saxlamaqdır. Onun sözlərinə görə, “Gürcü arzusu” seçki məqsədləri üçün görünməmiş miqdarda pul xərcləyir ki, bu da larinin məzənnəsi üçün böyük stressdir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstanın 199 109 yetkin vətəndaşının heç bir sənədi yoxdur

Növbəti Məqalə

Avropa Şurası Gürcüstan vətəndaşlarına xəbərdarlıq edir – Samadaşvili

Oxşar Xəbərlər