Gürcüstanla bağlı qətnamə qəbul edilib

Avropa Parlamenti böyük səs çoxluğu ilə Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnamədə Avropa Komissiyası Gürcüstanla vizasız rejimə yenidən baxmağa, üzv dövlətləri isə Bidzina İvanişviliyə dərhal sanksiya tətbiq etməyə çağırıb.

Qətnamə ilə Avropa Parlamenti dəfələrlə Avropa Komissiyasını təkcə “Agentlər haqqında Qanun”un deyil, həmçinin “Ailə Dəyərləri Qanunvericiliyi”nin və digər qanunvericilik dəyişikliklərinin Gürcüstanın viza liberallaşdırma meyarlarını yerinə yetirməsinə təsirini vaxtında qiymətləndirməyə çağırır, xüsusilə “Avropa İttifaqı ilə viza liberallaşdırma siyasətinin ən mühüm komponenti olan” fundamental hüquqlar hissəsində.

Qətnamənin mətnində Avropa İttifaqı Şurası və Avropa İttifaqının “demokratik tərəfdaşları” bir daha Gürcüstanda demokratiyanın vəziyyətinin pisləşməsi ilə əlaqədar Bidzina İvanişviliyə “təcili və məqsədyönlü şəxsi sanksiyalar tətbiq etməyə” çağırır.

Avropa Parlamentinin qətnaməsi heç bir hüquqi qüvvəyə malik deyil və simvolik xarakter daşıyır. Aİ-nin xarici siyasətinin istehsalında Avropa Parlamentinin rolu məhduddur.

Buna baxmayaraq, Avropa Parlamentinin tənqidi mətnləri artıq Bidzina İvanişvili üçün hüquqi problemlər yaradıb – 2022 və 2023-cü illərdə Bidzina İvanişviliyə qarşı qəbul edilmiş qətnamələr Bermud məhkəməsi tərəfindən İvanişvili ilə Credit Suisse arasındakı mübahisədə istifadə edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü arzusu”nun reklamları qəbuledilməzdir – teleşirkətlər

Növbəti Məqalə

Dindən siyasətə – VMH-dan Gürcü arzusuna – maraq nədir?

Oxşar Xəbərlər