Temur Çxoniya vicdan məhbuslarına dəstək aksiyasına gəlib. Nüfuzlu gürcü iş adamı rejim tərəfindən qanunsuz olaraq kameralara salınanların hamısı ilə həmrəy olduğunu bildirir. Ölkənin iri iş adamlarından biri deyir ki, dövlətin niyə onlardan fərqli fikir bildirən gəncləri cəzalandırması ona aydın deyil. Çxoniya birbaşa deyir ki, yaranmış böhranın yeganə həlli yeni seçkilərdir.
“Qeyd olunan maddə, ölüm cəsası deməkdir. Bu cəza deyil. Gənc oğlanlar 7 il, 8 il, 9 il azadlıqdan məhrum edilir. Məntiqi nəticəyə gələ bilmirəm, nə baş verdiyini bilmirəm. Bu, ictimai etiraza müqavimətdir, dözümdür ki, dövlətin gücü göstərilsə, həmvətənini Avropaya inteqrasiyaya dəstək üçün etiraza görə cəzalandırsa və dövlət etiraza şərait yaratsa, kim dözə bilər. Yeni seçkilər təyin olunmasa, bu hələ uzun müddət davam edəcək, insanlar küçələrdə olacaq, dünya sanksiyalara, məhdudiyyətlərə, vəsaitlərin qəbul edilməməsinə, təbii ki, bunlar hamısı iqtisadiyyata təsir edəcək.. Deyirlər ki, biznes siyasətdə olmamalıdır, amma çox təəssüf ki, siyasət artıq biznes mövzusuna daxil olub və ona görə də bu gün ədalətli və düzgün qiymət bildirməmək o deməkdir ki, siz pis iş görürsünüz, – Çxoniya deyir.
Xatırlatmaq istərdik ki, şəhər məhkəməsində Andro Çiçinadze, Onise Tsxadadze və daha 9 nəfərin məhkəməsi başlayıb. Quram Mirtsxulava, Luka Cabua, İano Arçaya, Ruslan Sivakov, Valeri Tetraşvili, Qiorqi Terişvili, İrakli Keraşvili, Revaz Kiknadze və Serqey Kuxarçukun işi də müzakirə olunur. Hakim həbs qətimkan tədbiri kimi onların həbsdə saxlanılıb-saxlanılmamasına baxmalıdır.