POG: 21.000 laridən çox pul müsadirə edildi – gecə klublarında həbs olunan 15 nəfərə qarşı ittiham irəli sürülüb.
Prokurorluğun məlumatına görə, xarici ölkə vətəndaşlarına məxsus mütəşəkkil dəstə tərəfindən dələduzluq, hədə-qorxu ilə pul tələb etmə və sağlamlığa zərər vurma maddələri ilə 15 nəfərə qarşı cinayət işi açılıb.
Həbs olunanlar 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan dələduzluq, hədə-qorxu ilə tələb etmə və mütəşəkkil dəstə tərəfindən törədilən zorakılıqda ittiham olunublar”, – deyə agentliyin məlumatında bildirilir.