Dünən, noyabrın 4-də Tetritskaro məhkəməsi səsvermənin məxfiliyinin pozulmasını təsdiqləyib – Hakim Vladimir Xuçua Gənc Hüquqşünaslar Assosiasiyasının iddiasını təmin edib.
Qori Rayon Məhkəməsi isə ISFED-in 15 seçki məntəqəsində etibarsız sayılmış bülletenlərin yenidən sayılması ilə bağlı iddiasını təmin edib.
MSK bu yaxınlarda elan edib ki, seçki administrasiyası Tetritskaro və Qori rayon məhkəmələrinin qərarlarından apellyasiya məhkəməsinə şikayət edəcək.