Xazaradze: Bidzinanın kleptokratik hakimiyyətinə son qoyuldu, gürcü xalqı buna son qoydu.
Xalqın iradəsi ifadə olunub, indi bu iradənin müdafiəyə ehtiyacı var. Məsələ onu sona çatdırmaqdır. Mən məntəqələrdə olan bütün təmsilçilərimizi son dəqiqəyə kimi seçicilərimizin səslərini qorumağa çağırmaq istəyirəm. Bu işə son qoyulmalıdır və bu gün Gürcüstan cəmiyyəti, vətəndaşlarımız durğunluq dövrünü başa vurublar. Azadlığa, demokratiyaya, ölkənin yenidən qurulmasına doğru gedən Gürcüstanda yeni dövr, yeni həyat başlayır.
Güclü Gürcüstanın qurulmasına yönəlmiş güc və enerji işə başlayır! Ən əsası odur ki, Gürcüstanda Bidzina İvanişvilinin kleptokratik hakimiyyətinə son qoyuldu, gürcü cəmiyyəti buna son qoydu. Hamını təbrik edirik!
Bunu „Güclü Gurcüstan”ın lideri Mamuka Xazaradze exit-poll nəticələrinin dərcindən sonra deyib.