Helsinki Komissiyası-Gürcüstan xalqı öz liderlərini demokratik yolla seçmək hüququna hörmət edən hökumətə layiqdir

“Gürcüstan xalqı öz liderlərini demokratik yolla seçmək hüququna hörmət edən hökumətə layiqdir”.

Neytral.ge xəbər verir ki, u barədə ABŞ Helsinki Komitəsinin bəyanatında deyilir.

Bəyanatı imzalayanlar Helsinki Komitəsinin sədri, konqresmen Co Vilson (Respublika Partiyası), konqresmen Stiv Koen (Demokratik partiya), Riçard Hudson (Respublika Partiyası), konqresmen Mark Uiz (Demokratik partiya), Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri üzrə köməkçi Daphne Rand və
ABŞ-ın dövlət katibidir.

Bəyanatda deyilir ki, Gürcüstan hökumətinin avtoritar trayektoriyası ölkənin demokratik gələcəyini və Avro-Atlantik istəklərini təhlükə altına qoyur.

“Son bir neçə onillikdə Gürcüstan xalqı demokratiya və qanunun aliliyinə sadiqliyini nümayiş etdirib. Gürcü xalqı öz liderlərini demokratik yolla seçmək hüququna hörmət edən hökumətə layiqdir, Gürcüstan hökuməti müstəqil seçki müşahidəçilərinin nəzarəti altında azad və ədalətli seçkilər keçirməklə öz ölkəsi və xalqı qarşısında götürdüyü öhdəliyinə əməl etməlidir, [və] əvvəllər olduğu kimi siyasi müxalifətə imkan verməlidir. Hökumətin avtoritar trayektoriyası Gürcüstanın demokratik gələcəyini və onun xalqının dərin Avro-Atlantik istəklərini təhdid edir”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, sentyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstanın demokratiya və insan haqlarına xələl gətirən Gürcüstan hökumət rəsmilərinə və digər şəxslərə qarşı geniş məsuliyyət tədbirləri elan edib.

“May ayında Helsinki Komissiyasının rəhbərləri “Dostluq Aktı”nı – məqsədi Gürcüstanda demokratiya, insan haqları və qanunun aliliyini gücləndirmək olan ikitərəfli qanun layihəsini təqdim etdilər; bu, ABŞ-ın Gürcüstanın Avroatlantik inteqrasiyasını dəstəkləmək və avtoritar rejimlərin, xüsusən də Rusiyanın təsirinə qarşı durmaq öhdəliyini bir daha təsdiqləyir. Qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ikitərəfli qaydada təsdiq edilib və hazırda Nümayəndələr Palatasında təsdiqini gözləyir”, – deyə məlumatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ-ın NATO-dakı səfiri dezinformasiya kampaniyasına cavab verib

Növbəti Məqalə

Prezident: Mən Avropayönlü qüvvələrin yanında olacağam

Oxşar Xəbərlər