Helsinki Komissiyası: Konqresdə “MeGOBARİ Aktı” üzərində işlər davam edir

Helsinki Komissiyası: Konqresdə “MeGOBARİ Aktı” üzərində işlər davam edir
ABŞ-ın Helsinki Komissiyası sosial şəbəkədə respublikaçı konqresmen Co Vilson tərəfindən hazırlanmış “MEGOBARI Aktı” ilə bağlı bəyanat yayıb.
Komissiyanın məlumatına görə, Konqresdə gürcü xalqını dəstəkləyən qanuna dəstək artır.
“Birləşmiş Ştatlar gürcü xalqı ilə dostluğa ciddi yanaşır və konqresdə “MEGOBARI Aktı”nın sürəti artır. Bu gün biz yeni təşəbbüskarları- həmsədrlər Austin Scott və Cerry Connolly, həmçinin konqresmenlər Don Becon, Lloyd Doggett və Mylaulersi alqışlayırıq”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, “MEGOBARI Aktı” Rusiya qanunlarını dəstəkləyən siyasətçilərə qarşı sanksiyaları, eləcə də kurs dəyişikliyi zamanı hərbi və ticarət yardımı paketini və vizanın liberallaşdırılmasını ehtiva edir.
Bununla yanaşı, bir neçə saat əvvəl ABŞ Dövlət Departamenti rejimin 20-30 nümayəndəsinə, o cümlədən “Gürcü Arzusu” üzvlərinə, deputatlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edib.
ABŞ bildirir ki, bu, sanksiyaların ilk dalğasıdır.
Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Lari ildırım sürəti ilə ucuzlaşır – ekspertlər həyəcan təbili çalır

Növbəti Məqalə

Fransa prezidenti parlamenti buraxdı və növbədənkənar seçkilər təyin etdi

Oxşar Xəbərlər