Helsinki Komissiyası: DP seçkilərin həqiqətən saxta olduğunu təsdiqləsə, bu barədə aydın bəyanat verməlidir.
ABŞ Helsinki Komissiyası bəyan edib ki, Dövlət Departamenti bu seçkilərin həqiqətən saxta olduğunu və gürcü xalqının iradəsini əks etdirmədiyini təsdiq edərsə, bu barədə aydın bəyanat verməlidir.
“Prezident Zurabişvili Gürcüstanda bu həftəsonu keçirilən seçkilərin qanuniliyi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Həm seçki günündən əvvəl, həm də seçki günü seçicilərin və vətəndaş cəmiyyətinin qorxudulması və təqib edilməsi, seçicilərin şəxsi həyatının toxunulmazlığının pozulması ilə bağlı etibarlı məlumatlar var idi.
Əgər Dövlət Departamenti bu seçkilərin həqiqətən saxta olduğunu və gürcü xalqının iradəsini əks etdirmədiyini təsdiq edərsə, bu barədə aydın bəyanat verməlidir”, – deyə bəyanatda vurğulanıb.