HƏMAS: Girovları geri qaytarmağın yeganə yolu atəşkəsdir

ABŞ Prezidenti Donald Tramp bütün girovlar şənbə gününədək qaytarılmadığı təqdirdə İsraillə HƏMAS arasında atəşkəs razılığını ləğv etməyi təkif edəndə sonra, HƏMAS rəsmisi xəbərdarlıq edib ki, girovları evlərinə qaytarmağn yeganə yolu atəşkəsin şərtlərinə riayət etməkdir.

Tramp bu sözləri bazar ertəsi HƏMAS İsraili atəşkəsi pozmaqda günahlandırıb, girovların sərbst buraxılmasını ləngitməklə hədələyəndən sonra ifadə edib.

Çərşənbə axşamı HƏMAS-ın yüksək səviyyəli rəsmisi Sami Əbu Zuhri Reuters və Agence France-Press-ə bildirib ki, ABŞ prezidentinin söylədikləri onsuz da kövrək atəşkəsi çətinləşdirir.

“Tramp unutmamalıdır ki, hər iki tərəfin riayət etməli olduğu razılıq var və bu, məhbusları geri qaytarmağın yeganə yoludur,” o deyib. “Təhdid dilinin heç bir dəyəri yoxdur və məsələləri sadəcə olaraq çətinləşdirir.”

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Zurabişviliyə rejimin qanunsuz tapşırıqlarını yerinə yetirənlərin siyahısını verdik – Çerqoleişvili

Növbəti Məqalə

Həmas şənbə gününə qədər girovları azad etməsə, atəşkəs ləğv ediləcək – Netanyahu

Oxşar Xəbərlər