HƏMAS lideri Sinvari öldürülüb

Hizbullah və İran deyir ki, HƏMAS lideri Sinvarın öldürülməsi İsrailə qarşı müqaviməti gücləndirəcək.

İranın dəstəyi ilə Livanda fəaliyyət göstərən yarımhərbi qrup olan Hizbullah oktyabrın 18-də İsrailə qarşı müharibədə yeni, kəskin mərhələyə qədəm qoyduğunu elan edib. Bu arada İran Fələstinin radikal HƏMAS qruplaşmasının (HƏMAS ABŞ və Aİ tərəfindən terror təşkilatı elan edilib) lideri Yəhya Sinvarın ölümündən sonra “müqavimət ruhunun güclənəcəyini” bildirib.

7 oktyabr 2023-cü il hücumunun təşkilatçısı olduğu güman edilən Sinvar oktyabrın 17-də İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

İran Sinvarın öldürülməsinin İsrailə qarşı döyüşənlərə verdiyi dəstəyə təsir etməyəcəyinə işarə edib.

İranın BMT-dəki nümayəndəliyi bəyanat yayıb ki, Sinvarinin ölümünün İsrailə qarşı müqaviməti gücləndirəcək.

ABŞ-da da terror təşkilatı kimi tanınan “Hizbullah” (onun siyasi deyil, hərbi qanadı Avropa İttifaqında terror təşkilatı sayılır) “İsraillə qarşıdurmanın yeni və gücləndirilmiş mərhələsinə keçdiyini” elan edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Günah Gürcüstan hakimiyyətindədir – Herçinski

Növbəti Məqalə

Mixeil Saakaşvili miqrantlara müraciət edir

Oxşar Xəbərlər